12 sentyabr 2010 21:11
Həsənov Azərbaycana daha bir medal gətirdi (YENİLƏNDİ)
Bu gün sərbəst güləş üzrə dünya çempionatının sonuncu günüdür. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının liderlərindən biri Cəbrayıl Həsənov (66 kq) Moldova təmsilçisi Vladimir Qosianla qarşılaşaraq, ona qalib gəldi (4:1, 1:0). İkinci qarşılaşmada Həsənov Makedoniya idmançısı Deyan Mitrovu məğlub etdi (2:0, 6:0). 1/4 finalda Həsənov CAR təmsilçisi Heynrix Barns üzrəində qələbə qazanaraq (7:0, 7:0), yarımfinala keçdi.
Yarımfinalda idmançımız Hindistandan olan Kumar Suşıl ilə qarşılaşaraq, ona məğlub oldu. Üçüncü yer uğrunda qarşılaşmada Monqolustan təmsilçisi Barzoiq Buyanjavı məğlub edərək (2:1, 3:0), bürünc medalı qazandı.
