Qazümov Azərbaycana ikinci "qızılı" gətirdi (YENİLƏNDİ)
Bu gün sərbəst güləş üzrə dünya çempionatının ikinci günü start götürdü. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının lideri Xetaq Qazümov (96 kq) ilk görüşdə seneqallı Aristid Diatta ilə qarşılaşaraq onu məğlub etdi (7:0, 5:0). Növbəti rəqib Kanada təmsilçisi Xetaq Pliyevi də məğlub etdi (3:0, 6:1). 1/4 finalda Qəzümov Belarusiya idmançısı Ruslan Şeyxovla qarşılaşaraq, onaqalib gəldi (1:0, 1:0).
Yarımfinalda Xetaq Qırğızıstan təmsilçisi Aleksey Krupnyakov üzərində asan qələbə qazanaraq (3:0, 3:0), finala çıxdı. Finalda Qazümovun rəqibi Rusiya idmançısı Hacımurad Qatsalov oldu. İlk hissəni idmançımız məğlub olasa da (0:1), ikinci və üçüncü hissədə qələbəni əldə etdi (1:0, 1:0) və bununla da Azərbaycana ikinci qızıl medaı qazandırdı.
Xatırladaq ki, Azərbaycanın hesabına ilk "qızılı" yunan-Roma güləşi üzrə yarışmasında Həsən Əliyev (60 kq) gətirmişdir.
