11 sentyabr 2010 17:52
Təmrəzov medalsız qaldı (YENİLƏNDİ)
Bu gün sərbəst güləş üzrə dünya çempionatının ikinci günü start götürdü. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının veteranı Novruz Təmrəzov (84 kq) ilk görüşdə Türkiyə təmsilçisi Gökhan Yavaşerlə qarşılaşaraq, onu məğlub etdi (2:0, 3:0). Bundan sonra o Yunanıstan idmançısı Emzarios Bentinidisi də məğlub etdi (3:1, 1:0). 1/4 finalda Təmrəzovun rəqibi rusiyalı Soslan Ksoyev oldu. Lakin idmançımız rusiyalı Ksoyevə məğlub oldu.
Ksoyev yarımfinalda məğlub olaraq, Təmrəzova bürünc medal uğrunda mübarizəyə qoşulmağa imkan vermədi.
