11 sentyabr 2010 21:00
Hüseynov "bürünc" qazandı (YENİLƏNDİ)
Bu gün sərbəst güləş üzrə dünya çempionatının ikinci günü start götürdü. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının veteranı Zəlimxan Hüseynov (60 kq) ilk görüşdə Qeorqe Buçurla (Rumıniya) üz-üzə gəldi və onun üzərində qələbə qazandı (1:0, 4:1). Növbəti rəqib niqeriyalı Amas Daniel də Hüseynovu məğlub edə bilmədi (5:2, 2:2). 1/4 finalda idmançımızın rəqibi Kuba təmsilçisi Alexandro Enrike Valdes Tovyer oldu. İdmanşmız növbəti rəqibinə də qalib gələrək (3:2, 2:2, 3:0), yarımfinala keçdi.
Yarımfinalda o ukraynalı Vasili Fedorişinla görüşdü. Lakin bu dəfə Hüseynov qələbəni əldən verdi (1:0, 0:2, 0:2). Bürünc medal uğrunda son görüşdə Zəlimxan Türkiyə təmsilçisi Ersin Çətinə qalib gələrək (5:2, 3:0), bürünc medala sahib oldu.
