11 sentyabr 2010 00:00
Əsgərov "qızılı" əldən buraxdı (YENİLƏNDİ)
Bu gün sərbəst güləş üzrə dünya çempionatında xalçaya bir Azərbaycan idmançısı çıxdı. Azerisport.az xəbər verir ki, debütant Toğrul Əsgərov (55 kq) Kamerundan olan Ndiva Molua Anri Moki ilə qarşılşaraq onun üzərində asan qələbə qazandı - 6:0, 7:0. Növbəti mərhələdə Əsgərovun rəqibi Monqolustan idmançısı Naranbaatar Bayaraa oldu. Güləşçimiz ona qalib gələrək (4:2, 3:0, tuşe), növbəti mərhələyə keçdi. 1/4 finalda Əsgərov Belarusiya təmsilçisi Rizvan Həciyevlə qarşılaşaraq onu 3:0, 5:0 nəticəsi ilə məğlub etdi və yarımfinala çıxdı. Burada o yaponiyalı Yasuxiro İnaba ilə görüşdü və ona qalib gəldi (6:0, 1:1, 3:1).
Finalda o rusiyalı Viktor Lebedevlə üz-üzə gəldi. Görüşü rusiyalı idmançının xeyirinə bitdi (1:0, 0:3, 1:0) və Toğrul Əsgərov bürünc medala sahib oldu.
