10 sentyabr 2010 16:50
Qurbanhəciyeva məğlub oldu (YENİLƏNDİ)
Bu gün güləş üzrə qadınlar arasında dünya çempionatının üçüncü günü start götürdü. Azerisport.az xəbər verir ki, Azərbaycan güləşçisi Zümrüd Qurbanhəciyevanın (72 kq) rəqibi kanadalı Oxenava Akuffo oldu. İdmançımız artıq ilk görüşdə məğlub oldu.
Lakin kanadalı Akuffo finala çıxdığı üçün Qurbanhəciyeva "bürünc" uğrunda mübarizəyə qatıldı. Lakin artıq ilk təsəlli görüşdə idmançımız İspaniya təmsilçisi Mayder Unda Qonsalesə mğlub oldu (0:1, 0:3).
