Semensova medalsız qaldı (YENİLƏNDİ)
Bu gün güləş üzrə qadınlar arasında dünya çempionatının üçüncü günü start götürdü. Azerisport.az xəbər verir ki, ilk öncə Azərbaycandan xalçaya Nadya Semesova (67 kq) çıxacaq. Onun rəqibi Monqolustandan Odonçime Badratx oldu. İdmançımız ona qalib gələrək (1:0, 1:0) növbəti mərhələyə adladı. 1/4 finalda o Qazaxıstan təmsilçisi Yelena Şalıqinaya uduzdu - 3:0, 0:3, 0:2. Şalıqina finala çıxdığı üçün Semensova bürünc medal uğrunda mübarizəyə qoşula bildi. İlk təsəlli görüşdə o Türkiyə təmsilçisi Burçu Orskaya ilə qarşılaşaraq, onu 1:0, 1:0 nəticəsi ilə məğlib etdi. İndi isə idmançımız "bürünc" uğrunda ukraynalı Anna Çerkasova ilə görüşəcək. Lakin Semensova qalib gələ bilmədi. Qeyd edək ki, ikinci hissədə Nadya zədələndi və mübarizəni dayandırmalı oldu.
