9 sentyabr 2010 00:01
Azərbaycan üçüncü oldu (FOTO)
Moskvada yunan-Roma güləşi üzrə dünya çempionatı başa çatdı. Azerisport.az xəbər verir ki, çempionatın birinci yerini Rusiya (46 xal), ikinci – Türkiyə (32), üçüncü – Azərbaycan yığması (26 xal) tutdu.
Xatırladaq ki, Həsən Əliyev (60 kq) çempion oldu, Vitali Rəhimov isə (66 kq) üçüncü yerə sahib oldu. Bu yığmanın yeni baş məşqçisi Fərid Mansurovun ilk uğurudur.
