9 sentyabr 2010 23:39
Ratkeviç dördqat dünya çempionuna qarşı (YENİLƏNDİ)
Bu gün qadınlar arasında güləş üzrə dünya çempionatının ikinci günü start götürdü. Azerisport.az xəbər verir ki, xalçaya Azərbaycan təmsilçisi Yuliya Ratkeviç (55 kq) çıxacaq. Onun rəqibi Yeni Zelandiyanın idmançısı Sian Eylen Lau oldu. İdmançımız asanca qalib gələrək, növbəti mərhələyə çıxdı. Burada onun rəqibi Qazaxıstan idmançısı Aim Abdildinlə qarşılaşaraq, ona qalib gəldi və yarımfinala vəsiqə qazandı.
Yarımfinalda onun rəqibi fransalı Anna Qomis oldu. Ratkeviç ona da qalib gələrək finala çıxdı. Finalda Ratkeviçin rəqibi dördqat dünya və ikiqat Olimpiya çempionu yaponiyalı Saori Yoşida oldu. Təəsüflər olsun ki, Ratkeviç yaponiyalını məğlub edə bilmədi və gümüş medala sahib oldu.
