9 sentyabr 2010 13:47
Həsən Əliyev: Özümə inanırdım
Yunan-Roma güləşi üzrə dünya çempionu Həsən Əliyev (60 kq) vətənə qayıdışından öncə azerisport.az saytına turnir və qələbəsi barəsində danışdı.
"Dünya çempionatının debütantıyam. Əlbətdəki, mənə çox çətin idi. Burada zəif rəqib olmur. Elə idmançılar toplaşıb ki, hər birinin öz titulu var – Olimpiya, dünya, Avropa, Asiya çempionları. Lakin mən özümə inanırdım və buna görə də qızıl medala yiyələndim", - Əliyev dedi.
Onun sözlərinə görə, ən çətin döyüş Bolqarıstan təmsilçisi ilə oldu: "Hesab edriəm ki, ikinci görüşüm, bolqarıstanlıya qarşı ən çətin döyüş idi. O, Bakıda toplanışda olmuşdur və buna görə də məni yaxşı tanıyırdı. Amma mən ona qalib gələ bildim. Əgər bunu saymasaq, ən çətini final görüşü oldu".
