8 sentyabr 2010 20:56
Hüseynov medalsız qaldı (YENİLƏNDİ)
Bu gün yunan-Roma güləşi üzrə dünya çempionatında xalçaya sonuncu azərbaycanlı idmançı çıxdı. Azerisport.az xəbər verir ki, Rafiq Hüseynovun (74 kq) ilk rəqibi isveçli Robert Patrik Rosenqrenə qalib gəldi. Növbəti mərhələdə o Türkiyə idmançısı Səlcuk Çebi ilə qarşılaşaraq, ona məğlub oldu. Türkiyəli idmançı finala çıxdı və bu Hüseynova bürünc medal uğrunda mübarizə aparmağa imkan verdi.
Artıq ilk təsəlli görüşdə Rafiq Dominilan Respublikasının təmsilçisi Brea Mota və sonradan xorvatiyalı Neven Zuqac üzərində qələbə qazandı. Təəsüf ki, üçüncü yer uğrunda o Rusiya idmançısı İmil Şarafatdinova məğlub olaraq, 5-ci oldu.
