8 sentyabr 2010 17:08
Doroqan medalsız qaldı (YENİLƏNDİ)
Bu gün Moskvada qadınlar arasında güləş üzrə dünya çempionatı start götürür. Azerisport.az xəbər verir ki, xalçaya Azərbaycan təmsilçisi Anjela Doroqan (51 kq) çıxacaq. Onun ilk rəqibi Fransa güləşçisi Zöhra Bubremm oldu. Lakin fransalı idmançımıza qarşı müqavimət göstərə bilmədi və Doroqan növbəti mərhələyə keçdi. Burada onun rəqibi yaponiyalı Yui Xoruiçi oldu. Təəsüf ki, imdançımız yaponiyalıya məğlub oldu. Lakin, Xoruiçi finala çıxdığına görə, Doroqan bürünc medal uğrunda mübarizədə isveçli Sofiya Maqdalena Mattsona məğlub oldu.
