8 sentyabr 2010 22:14
Baqomedova medal qazan bilmədi (YENİLƏNDİ)
Bu gün Moskvada qadınlar arasında güləş üzrə dünya çempionatı start götürür. Azerisport.az xəbər verir ki, xalçaya çıxacaq ilk Azərbaycan idmançısı Patimat Baqomedova (48 kq) olacaq. Onun rəqibi Qırğızıstan təmsilçisi Mixrinso Nurmatova oldu. Baqomedova onun üzərində asanca qalib gəldi. Növbəti mərhələdə o Venesuela təmsilçisi Kastilyo Karipa ilə qarşılaşaraq, onu məğlub etdi. 1/4 finalda o Tunis güləşçisi Mara Mezenlə görüşərək ona qalib gəldi və yarımfinala çıxdı. Burada onun rəqibi rusiyalı Larisa Oorjak idi. Lakin idmançımız qələbə qazan bilmədi və bürünc medal uğrunda mübarizə apardı.
Baqomedovanın qəribi Çin təmsilçisi Saşa Zao oldu. Lakin idmançımız qələbəni əldə edə bilmədi və beşinci yeri tutdu.
