7 sentyabr 2010 18:01
Saman Təhmasibi də medal qazanmaq şanısı ilə vidalaşdı (YENİLƏNDİ)
Bu gün yunan-Roma güləşi üzrə dünya çempionatının ikinci günüdür. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının debütantı Saman Təhmasibi (84 kq) ilk görüşündə slovakiyalı Dejan Sernekə qalib gəldi. Lakin sonraki görüşdə polşalı Damiyan Yankovskiya məğlub oldu. Polşalı idmançı finala çıxa bilmədi və buna görə də Təhmasibi bürünc medal uğrunda mübarizədən kənarda qaldı.
