Əliyev Azərbaycana ilk qızıl medalı gətirir (YENİLƏNDİ)
Bu gün yunan-Roma güləşi üzrə dünya çempionatının ikinci günüdür. Azerisport.az xəbər verir ki, Azərbaycandan bu gün xalçaya çıxan ilk güləşçi Avropa çempionu Həsən Əliyev (60 kq) olacaq. O, ilk görüşdə Xorvatiya təmsilçisi Tonimir Sokolla qarşılaşaraq, ona qalib gəldi. Növbəti görüşdə Əliyev Bolqarıstan təmsilçisi İvo Anqelovu da məğlub etdi və 1/4 finala vəsiqə qazandı. Burada o Qırğızıstan təmsilçisi Ruslan Timenbayevlə qarşılaşdı və ona qalib gələrək yarımfinala yüksəldi.
Yarımfinalda Əliyev Almat Kepispayevi məğlub etdi və finala çıxdı. Finalda yaponiyalı Rütaro Matsumato ilə üz-üzə gəldi. İlk hissə yaponiyalının xeyirinə bitdi, lakin ikinci hissədə Əliyev qalıb gəldi. Üçüncü hissə də idmançımızın xeyirinə başa çatdı. Və bununla da Həsən Əliyev Azərbaycana ilk qızıl medal gətirir.
