7 sentyabr 2010 00:01

Azərbaycan çempionatın ilk günündə bir medallla kifayətləndi (YENİLƏNDİ)

Bu gün Moskvada yunan-Roma güləşi üzrə dünya çempionatı start götürdü. Azerisport.az xəbər verir ki, ilk öncə xalçaya Avropa çempionu Elçin Əliyev (55 kq) çıxdı.
 
DÇ-nin debütantı ilk görüşdə Ukraynanı təmsil edən Vüqar Rəhimovla qarşılaşdı. Görüş Əliyevin qələbəsi ilə başa çatdı və bununla da o növbəti mərhələyə vəsiqə qazandı. 1/8 finalda onun rəqibi Cənubi Koreya təmsilçisi Qyu-Cin Çoy oladu. Əliyev koreyalıya hər iki hissədə məğlub oldu. Bu görüşdən sonra koreyalı idmançı finala çıxdı və bu Əliyevə bürünc meda uğrunda mübarizə aparmağa imkan yaratdı. İlk təsəlli görüşdə idmançımız Palaudan olan Loren Elqin Elvaysa qalib gəldi. Lakin sonradan Macarasıtan təmsilçisi Peter Modoşa məğub olaraq mübarizəni bitirdi.
 
Pekin Olimpiadasının vitse-çempionu Vitali Rəhimov (66 kq) çempionatın ilk görüşündə Hindistan təmsilçisi Kumar Sunil ilə qarşılaşaraq, ona qalib gəldi. növbəti mərhələdə onun rəqibi erməni idmançı Arman Adikyan oldu. İlk hissə rəqibin xeyirinə bitsə də, ikinci hissədə idmançımız  qələbə qazandı. Üçüncü hissədə isə Rəhimov 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə çıxdı. 1/4 finalda onun rəqibi Rusiya təmsilçisi Ambako Vaçadze oldu. Bu görüşdə həmyerlimiz məğlub oldu, lakin rusiyalının finala çıxması idmançımıza medal uğrunda mübarizəni davam etdirmək üçün imkan yaratdı. Rəhimovun ilk rəqibi isvəçrəli Paskal Stebel oldu. Ona qalib gələrək, təmsilçimiz macarıstanlı Tamaş Lorinsa ilə qarşılaşdı. Bu güləşçiyə də qalib gələrə, Rəhmov Azərbaycanın ilk medalını əldə etdi.
Çempionatın daha bir debütantı Səbuhi Hümbətov Belarusiya idmançısı Timofey Ziniçenko ilə üz-üzə gəldi. Lakin güləşçimiz rəqibə məğlub oldu. Ziniçenko finala çatdığı üçün idmançımız medal uğrunda mübarizəni apara bilərdi. Lakin artıq ilk təsəlli görüşdə Hümbətov ABŞ idmançısı Daniel Ruisə məğlub olaraq mübarizəni dayandırdı.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.