19 iyul 2010 00:22
Azərbaycan Qızıl Qran-pri`də altı medal qazandı
İyulun 18-i Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq yarış başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin üçüncü günündə xalçaya yunan-roma güləşçiləri çıxdılar. Bu ilk yarış idiki bizim "kalssiklər" baş məçqçi Fərid Mansurovun rəhbərliyinin altında çıxış ediblər. Güləşçilərimiz iki qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.
Qızıl medalları Həsən Əliyev (60 kq), Vitaliy Rəhimov (66 kq) , gümüş medalları – Rüstəm Əliyev (66 kq), Şalva Qadabadze (84 kq), bürün medalları – Fuad Əliyev (60 kq), Samuray Mustafayev (74 kq).
