16 iyul 2010 20:49
Azərbaycanlılar gızıl yığırları (YENİLƏNDİ)
Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda 35 ölkədən idmançılar iştirak edir. Xalçaya sərbəst güləşçilər çıxıb. Azərbaycan burada Dörd heyətlə təmsil olunan Azərbaycan üç gızı, iki gümüş və üş bürünc medal əldə ediblər.
66 kq – Cəbrayil Həsənov finalda digər azərbaycanlı Emin Əzizovu məğlub edərək qızıl medalı qazandı.
74 kq – Çamsulvara Çamsulvarayev Rusiya təmsilçisini məqlub edərək bürünc medalı qazandı.
84 kq – Novruz Temrezov finalda ABŞ idmançısına qalib gələrək qızıl medala layiq görüldü, Şərif Şərifov isə üçüncü yer uğrunda Gürcüstanlı idmançıdan üstün oldu.
96 kq – Xetaq Qazümov Cəmaləddin Maqomedov üzərində qələbə qazanaraq qızıl medala sahib oldu.
120 kq – Əli İsayev üçüncü yer uğrunda İran təmsilçisinə qalib gələrək bürünc medalı qazandı.
