27 may 2010 13:38
Rusiya istəyinə çatdı: güləşçimizi cəzalandırdılar (FOTO)
FILA Mahmud Maqomedovu diskvalifikasiya etdi. Azerisport.az xəbər verir ki, Bakıda keçirilən son Avropa çempionatında, sərbəst güləşdə, 55 kq çəki dərəcəsində qızıl medal qazanan Maqomedov vətəndaşlıq qaydalarını pozduğu üçün bir il müddətinə cəzalanıb. Güləşçimiz 28 mart 2011-ci ilə qədər yerli və beynəlxalq yarışlarda döşək üzərinə çıxa bilməyəcək.
Bu barədə müvafiq məktub Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədova FILA-nın baş katibi Mişel Düssondan gəlib. Beləliklə, bir müddətdir Maqomedovun qeyri-qanuni şəkildə Azərbaycanın şərəfini qoruduğunu önə çəkən Rusiya tərəfi güləşçinin diskvalifikasiyasına nail olub.
