1 may 2010 14:33

Ruslar hesab edir ki, FILA Azərbaycanı pula görə müdafiə edir

Mahmud Maqomedovun vətəndaşlıq epopeyası davam edir. Azerisport.az xəbər verir ki, bu il Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanan Mahmud Maqomedovun (55 kq) qanunsuz olaraq, Azərbaycan yığmasına keçdiyini iddia edən Rusiya Güləş İdmanı Federasiyası (RGİF) yenidən “təkzibolunmaz sübutlar”dan danışıb. Qurumun birinci vitse-prezidenti, Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasının (FILA) Avropa komitəsinin vitse-prezidenti Georgi Bryusov çalışdığı qurumu pulgirlikdə və rəsmi sənədlərin saxtalaşdırılmasında günahlandırıb.

“Bir neçə gün əvvəl FILA bizim rəsmi məktubumuza cavab olaraq göndərdiiyi, üzərində baş katib Mişel Düssomun imzası olan məktubda 2009-cu il Dünya kubokunda Rusiyanın bayrağı altında Mahmud yox, Maqomed Maqomedovun çıxış etdiyi yazılıb. Amma bu, yalandır. Biziməlimizdə təkzibolunmaz dəlillərimiz – foto- və videomateriallarımız, həmçinin Mahmud Maqomedovun RGİF-dən aldığı lisenziya var. Bir neçə sualımız var. Məsələn, niyə FILA statistik bazasında 2009-cu ildə Tehranda keçirilən Dünya kubokunun nəticələri silinib? Niyə həmin turnirin iştirakçılar arasında FILA-nın statistik bazasında olan Maqomed Maqomedovlardan heç biri göstərilməyib? Düssomun məktubu bizi təəccübləndirdi. Artıq FILA-nın başqa nəyə qadir olduğu bilmirik. Hamı yaxşı başa düşür ki, bunu bir Azərbaycan şirkəti (AtaHolding – azerisport.az) ilə FILA arasında bağlanan sposnorluq müqaviləsi diqtə edir. Bu cür hərəkətlər FILA-nın imicinin artamasına, onun rəhbərlərinin avtoritetinin möhkəmləndirilməsinə xidmət etmir.

Amma biz öz hüquqlarımızı sona qədər müdafiə edəcəyik. Bir daha bəyan edirik: Mahmud Maqomedov qanunsuz şəkildə, FILA-nın milliləşdirilmiş idmançılar üçün vacib göstərdi iki illik karantin müddətini keçmədən Azərbaycanın bayrağı altında çıxış edib” – deyə Brüsov bildirib.

Qeyd edək ki, Bakıda keçirilən AÇ öncəsi AtaHolding şirkəti FILA ilə sponsorluq müqaviləsi bağlamış və bunun üçün quruma 7 milyon avro ödəmişdi.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.