Rusiya Güləş Federasiyasından inanılmaz fırıldaq
Beynəlxalq Güləş Federasiyası (FILA) Bakıda keçirilən son Avropa çempionatında qızıl medal qazanan Mahmud Maqomedovun (55 kq) milliləşdirilməsinə etiraz edən Rusiya Güləş İdmanı Federasiyasına (RGİF) cavab verib. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl RGİF FİLA-ya müraciət edərək, Maqomedovun 2009-cu ildə Rusiya yığmasının heyətində Dünya kubokunda çıxış etdiyini, buna görə də başqa yığmaya keçmək üçün iki il yarışlardan kənar qalmalı olduğunu önə çəkmişdi.
Amma məlum olub ki, ruslar özləri fırıldağa əl atıblarmış. Hər halda, FİLA rəsmi məktubda adıçəkilən dünya kubokuda Mahmud yox, Maqomed Maqomedovun mübarizə apardığını bildirib. Bununla da müəyyənləşib ki, Avropa çempionu qanun çərçivəsində Azərbaycan yığmasına “transfer” olunub.
