20 aprel 2010 16:50
Güləş nüfuzuna görə futboldan geri qalmır
Azerisport.az-da daha bir sorğu başa çatıb.
Bir həftə ərzində “digər idman növlərindən hansını daha çox izləyirsiniz” sualına cavab verən respondentlərin fikri qətidir: güləş. Bu idman növünə 35% respondent səs verib. Basketbol və Formula-1 xəyali ”fəxri kürsü”nün digər pillələrində qərarlaşıblar: müvafiq olaraq, 13 və 10%. Boksa respondentlərin 7, şahmata 6, xokkey və tennisə 5, cüdoya 4, karateyə isə 2%-i maraq göstərir. Maraqlıdır ki, güləşdən sonra ən çox səs qazanan variant “Başqa idman növü”dür. Yəqin ki, buraya voleybol və yüngül atletika daxildir.
