19 aprel 2010 19:10
Ölkə prezidenti qəhrəman güləşçiləri qəbul etdi
Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa çempionatında 10 medal qazanmış Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi yığmalarını qəbul edib və onların bu nəticəsini yüksək qiymətləndirib.
“Bu böyük uğurdur, bizim idmanımız qələbəsidir. Sizin gənc olmanız onu göstərir ki, Azərbaycan idmanının parlaq gələcəyi var” – azerisport.az xəbər verir ki, güləşçilərə müraciət edən Prezident belə deyib. (AzərTAc)
