18 aprel 2010 16:53

Bu da fiasko: 6 döyüş, 6 məğlubiyyət (YENİLƏNDİ)

Bakıda keçirilən Avropa çempionatının son günündə döşək üzərinə çıxacaq Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri məlumdur. Azerisport.az xəbər verir ki, Şalva Qadabadze (84 kq) ilk döyüşündə Nəzmi Avluca (Türkiyə), Səbuhi Hümbətov (96 kq) Aslanbek Huştov (Rusiya),  Müslüm Müslümov (120 kq) isə Radomir Petkoviçlə (Serbiya) güləşəcək.

***

Bu gün döşək üzərinə çıxan ilk "klassiki"imiz - Şalva Qadabadze debüt görüşündəcə məğlubiyyətə uğrayıb. İndi təmsilçimiz Nəzmi Avlucanın finala çıxmasını gözləməlidir. Çünki yalnız bu halda Qadabadze "bürünc" uğrunda mübarizəyə qoşula bilər.

Təəssüflər olsun ki, digər güləşçilərimiz də ilk görüşlərini məğlubiyyətlə başa vurdular. Səbuhi Hümbətov Aslanbek Huştova, Müslüm Müslümov isə Radomir Petkoviçə yenildi. İndi komandamız maksimum bürünc medallar uğrunda mübarizə apara bilər.

***

Avluca ilə Petkoviçin finala adlaması müvafiq olaraq, onlara yenilən Qadabadze ilə Müslümova bürünc medal uğrunda mübarizə aparmaq şansı verəcək. İndi digər pəhləvanımız Səbuhi Hümbətov Aslanbek Huştovun mübarizəsini izləyir.

"Klassik"lərimizin uğursuz çıxışı davam edir. Təəssüflər olsun ki, təsəlliverici görüşlər də Müslüm Müslümov və Şalva Qadabadze üçün uğurlu olmayıb. Onlar müvafiq olaraq, Vladimir Quralski (İsrail) və Nenad Zuraj (Xorvatiya) ilə görüşlərdən məğlub çıxaraq, AÇ-də mübarizəni dayandırıblar. İndi yeganə ümid Səbuhi Hümbətovadır.

Azərbaycan AÇ-də mübarizəni vaxtından əvvəl dayandırdı. Birinci təsəlliverici görüşdə gürcüstanlı Soso Cebidzeyə yenilən Hümbətov da "bürünc" şanslarını itirdi.

Beləliklə, yarışıların üçüncü günündə döşək üzərinə çıxan hər üç Azərbaycan güləşçisi üst-üstə keçirdikləri 6 görüşün hamısına məğlub oldular.

Həlledici döyüşlər axşam saatlarında keçiriləcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.