18 aprel 2010 23:30

Tarixə qovuşan AÇ: suallar və cavablar

Paytaxtımızda daha bir mötəbər turnir tarixə qovuşdu. Yavaş-yavaş idman şəhərinə çevrilən Bakı daha bir Avropa çempionatını – bu dəfə güləş üzrə qitə birinciliyini uğurla yola verdi.

Azerisport.az xəbər verir ki, Azərbaycanı yalnız AÇ-nin son günü təəssüfləndirdi. Böyük ümidlər bəslənən Şalva Qadabadze, Səbuhi Hümbətov və Müslüm Müslümovun bir neçə saat ərzində birlikdə düz 6 dəfə (!) məğlub olması iki ən qədim sualını yenidən gündəmə gətirdi: “kimdir günahkar?” və “nə edək?”

Ruslar bu sualı özlərinə aid edirlər, amma unudurlar ki, uğursuzluğa düçar olmaq və çarəsiz qalmaq tək bu xalqa mənsub olan “keyfiyyətlər” deyil. AÇ düşünmək üçün bir neçə məhsul versə də, bu gün Azərbaycan üçün həmişə problemli olan ağır çəki dərəcələrində mübarizə aparan idmançıların rəqabətədavamlı olmaması barədə danışmaq istəmirik. Çünki turnirdə gənc və istedadlı azərbaycanlı güləşçilərin parlaq qələbələri, zədəli-zədəli iki rəqibini devirən Fərid Mansurov qəhrəmanlıq göstərdiyi anlar oldu. Bütün bunların fonunda həm sərbəst, həm də yunan-Roma güləşində ən ağır çəkidəki təmsilçilərimizin uğursuzlaqlarından söz açmağa heç həvəs yoxdur. Onsuz da bu, güləşimiz ən zəif nöqtəsidir və təcrübə göstərir ki, heç milliləşdirmə də problemləri həll edəcək gücdə deyil.

Yeri gəlmişkən, milliləşdirmə barədə. 6 günlük mübarizə “milliləşdirməyə davam edəkmi, yoxsa yox” sualına da tutarlı cavab verə bilmədi. Bir yanda yarışdan az əvvəl Azərbaycan yığmasının şərəfini qorumağa razılıq verən Mahmud Maqomedovun qələbəsi, digər yanda Şalva Qadanadzenin biabırçı çıxışı. Bir yanda Xetaq Qazyumovun ardıcıl ikinci AÇ “qızıl”ı, digər yanda istedadı dillər əzbəri olan Çamsulvara Çamsulvarayevin yenə “yalnız” bürünc medalla kifayətlənməsi. Bir yanda Nadya Sementsovanın “Avropa güləşinin kraliçası”na çevrilməsi, digər yanda üç milliləşdirilmiş xanım pəhləvanın uğursuzluqları...

Qoy, bu suala Azərbaycanda güləşin inkişafına cavabdeh olan şəxslər cavab versin. Amma bu sətirlərin müəllifinin şəxsi fikrini bilmək istəyirsinizsə, tarixindən Xəzər İsayev, Məhyəddin Allahverdiyev, Namiq Abdullayev və Fərid Mansurov kimi güləşçilər keçmiş Azərbaycan kimi ölkənin yığmasının şərəfini öz istedadlı uşaqları qorumalıdır. Güləşin Azərbaycanda nə dərəcədə məşhur olmasını bir daha görmək üçün uzağa getməyin, elə sol tərəfdəki sorğunun nəticələrinə baxın və bilin ki, bu ölkədə futboldan başqa hansı idman növü insanlarda daha çox maraq oyadır.

Əlbəttə, kəmiyyət hələ keyfiyyət demək deyil, amma düzgün və sistemli iş bir yox, onlarla yeni fərid mansurovların, namiq abdullayevlərin yetişməsinə şərait yarada bilər. Bu AÇ-nin Azərbaycanda güləşin, ümumiyyətlə, idmanın inkişafına yeni təkan verməsi arzusu ilə!..

Unutmayaq ki, idman tək xarici ölkələrdə bayrağımızın qalxması, dövlətimizin nüfuzunun artması üçün deyil. İdman övladlarımızın və hər birimizin sağlam böyüməsi və sağlam yaşaması üçün vacibdir.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.