Azərbaycan klassik güləşdə 4-cü oldu
Bu gün başa çatan Avropa çempionatının yunan-Roma güləşi üzrə yarışları Azərbaycan yalnız 4-cü yerdə bitirdi. Azerisport.az xəbər verir ki, iki qızıl və bir gümüş medal qazanan yığmamız medallar görə ikinci olsa da, xal hesabında Rusiya, Türkiyə və Ukraynadan geri qaldı.
Bütün medallar: 1. Rusiya – 2 qızıl, 2 gümüş, 1 bürünc; 2. Azərbaycan – 2 qızıl, 1 gümüş; 3. Türkiyə - 2 qızıl, 1 bürünc; 4. Belarus – 1 qızıl, 1 gümüş; 5. Ukrayna – 1 gümüş, 2 bürünc; 6-7. Rumıniya, Serbiya – 1 gümüş; 8. Macarıstan – 3 bürünc; 9. Fransa – 2 bürünc; 10-14. Xorvatiya, İsveç, Almaniya, Gürcüstan, Litva - 1 bürünc.
Komanda hesabı: 1. Rusiya – 52 xal; 2-3. Türkiyə, Ukrayna – 38; 4. Azərbaycan – 31; 5. Gürcüstan – 27; 6. Belarus – 26; 7. Macarıstajn – 25; 8. Rumıniya -19; 9. Xorvatiya – 17; 10. Fransa – 16; 11. Bolqarıstan – 15; 12. Almaniya – 14; 13. İsveç – 12; 14. Litva – 11; 15. Çexiya – 10; 16. Serbiya – 9; 17. İtaliya – 7; 18-20. İsrail, Polşa, Norveç – 6; 21-23. Yunanıstan, Moldova, Slovakiya – 3; 24-25. Estoniya, İsveçrə - 2; 26. Sloveniya – 1.
Xatırladaq ki, həm sərbəst, həm də qadın güləşi növlərində Rusiya medal və xal hesabına görə birinci olmuşdu.
