AÇ-nin son günündə Türkiyə fırtınası
Bu gün Bakıda keçirilən güləş üzrə Avropa çempionatına yekun vuruldu. Azerisport.az xəbər verir ki, yarışların sonun günündə yunan-Roma güləşi növündə üç dəst medal oynanıldı.
84 kq çəki dərəcəsində türkiyəli pəhləvan Nəzmi Avluca finalda Aleksey Mişinə (Rusiya) qalib gəldi. Bürünc medallara Melonin Nomunvi (Fransa) və Yan Fişer (Almaniya) sahib çıxdılar.
96 kq-da da gözlənilən nəticə qeydə alındı; Aslanbek Huştov finalda belaruslu Timofey Deniçenkonu məğlub edərək, qızıl medala layiq görüldü. Üçüncü yerə Soso Cebidze (Gürcüstan) və Cenk İldəm (Türkiyə) çıxdılar.
Nəhayət, ən ağır – 120 kq çəki dərəcəsində türkiyə güləşçisi Rıza Kayaalp qızıl, Radomir Petkoviç (Serbiya) gümüş, Yohan Euren (İsveç) və Mindauqas Misqatis (Litva) isə bürünc medallara yiyələndilər.
