17 aprel 2010 23:29
Püşk yalnız Müslümovun üzünə güldü
Bakıda keçirilən Avropa çempionatının son günündə döşək üzərinə çıxacaq Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri məlum olub. Azerisport.az xəbər verir ki, ölkəmizi sabah Şalva Qadabadze (84 kq), Səbuhi Hümbətob (96 kq) və Müslüm Müslümov (120 kq) təmsil edəcəklər.
Qadabadze ilk döyüşündə Nəzmi Abdulla (Türkiyə), Hümbətov Aslanbek Huştov (Rusiya), Müslümov isə Radomir Petkoviçi (Serbiya) sınağa çəkəcək.
