17 aprel 2010 23:25
Azərbaycan niyə yenə Rusiyadan geridədir?
İki “qızıl” və bir “gümüş”lə medal hesabında birinci olan Azərbaycan komanda hesabında yenə Rusiyadan geri qalır. Azerisport.az xəbər verir ki, bunun əsas səbəbi Fərid Mansurovun zədə üzündən mübarizəni vaxtından əvvəl dayandırmasıdır. Ümumiyyətlə, komandamız 31 xal toplayıb və Ukrayna ilə birgə 2-3-cü yerləri bölüşdürür.
Bütün medallar:1. Azərbaycan – 2 qızıl, 1 gümüş; 2. Rusiya – 1 qızıl, 1 gümüş, 1 bürünc; 3. Belarus – 1 qızıl, 4. Ukrayna – 1 gümüş, 2 bürünc; 5. Rumıniya - 1 gümüş; 6. Macarıstan – 3 bürünc; 7-8. Xorvatiya, Fransa – 1 bürünc.
Komanda hesabı: 1. Rusiya – 33; 2-3. Azərbaycan, Ukrayna – 31; 4. Macarıstan – 24; 5. Rumıniya – 19; 6. Gürcüstan – 16; 7. Belarus – 13; 8. Xorvatiya – 11; 9. Türkiyə - 10; 10. Bolqarıstan – 9; 11. Fransa – 8; 12-13. Çexiya, Norveç – 6; 14-15. Litva, Moldova – 3; 16-17. Estoniya, İsveçrə - 2; 18. Sloveniya – 1.
