17 aprel 2010 23:00
Vitali Rəhimovun AÇ qızılına verdiyi töhfə
AÇ-də çıxış edən heyətdən son anda kənarda qalan Vitali Rəhimovun Azərbaycanın yunan-Roma güləşində qızıl qazanmasında hansı xidmətləri var? Bu barədə azerisport.az-a 60 kq çəki dərəcəsində bu gün Avropa çempionu olan Həsən Əliyev danışıb: “Yaxşı müəllimlərin var. Vitali Rəhimovu götürək. Olimpiadanın gümüş mükafatçısı olan Vitali mənimlə eyni çəkidə güləşir. Ondan çox şey götürmüşəm. Yarışdan əvvəl Bakıda çempion olacağıma çox inanırdım”.
