17 aprel 2010 22:48
Qladiator Fərid (FOTO)
Bakıda keçirilən AÇ-də əsas ümidlərimizdən biri Fərid Mansurov bəxtsizliklə üzləşdi. Azerisport.az xəbər verir ki, günün elə birinci qarşılaşmasında çənəsindən zədə alan Mansurov xüsusi qoruyucu maska ilə 1/8 final görüşünə çıxıb isveçli rəqibinə də qalib gəlib 1/4 finala adlayan Fərid sonradan, təəssüflər olsun ki, həkimlərin qadağası üzləşib və yarışı davam etdirə bilməyib. Əsl qəhrəmanlıq nümunəsi göstərən Olimpiya çempionumuz qladiatorlara bənzəmirmi? Antik Romada yaranmış güləş, qladiator papağına bənzəyən maska və qəhrəmanlıq...
