17 aprel 2010 13:57
Fərid Mansurovun zədəsi ciddidir (FOTO, YENİLƏNDİ)
Bir neçə dəqiqə öncə Bakıda keçirilən Avropa çempionatında ilk görüşünə çıxan Fərid Mansurov zədələnib. Azerisport.az xəbər verir ki, o, ispaniyalı Oskar Fernandesə qalib gəlsə də, dodağını partladıb. Həkimlər Mansurovun döyüşləri davam etdirə biləcəyini söyləyiblər.
Elə indicə aldığımız məlumata görə, həkimlər Mansurovun çənəsinin zədələnməsindən və yerdəyişməsindən ehtiyatlanırlar. Güləşçimizin digər görüşlərə xüsusi qoruyucu maskada çıxacağı gözlənilir.
