16 aprel 2010 00:12
Hegemon Azərbaycanın xanımları
Qadınlar arasında güləş üzrə Avropa çempionatının ilk günündən sonra Azərbaycan yığması bütün göstəricilərə görə liderdir. Azerisport.az xəbər verir ki, Sona Əhmədli və Nadya Sementsova ilə iki qızıl medal qazanan yığmamız komanda hesabında da hegemonluq edir. Amma burada Ukrayna da millimiz kimi 20 xal toplayıb.
Bütün medallar: 1. Azərbaycan – 2 qızıl; 2. İsveç – 1 qızıl; 3. Ukrayna – 1 gümüş, 1 bürünc; 4-5. Rumıniya, Bolqarıstan – hərəyə 1 gümüş; 6-11. Almaniya, Fransa, Macarıstan, Rusiya, Belarus – hərəyə 1 bürünc.
Komanda hesabı: 1-2. Azərbaycan, Ukrayna – hərəyə 20 xal; 3. İsveç – 17; 4. Bolqarıstran – 16; 5. Rusiya – 14; 6. Almaniya – 12; 7. Fransa – 11; 8. Belarus – 10; 9. Rumıniya – 9; 10. Macarıstan – 8; 11. Norveç – 7; 12-14. Finlandiya, Moldova, Polşa – hərəyə 6; 15. Böyük Britaniya – 4; 16. İspaniya – 3; 17. Türkiyə - 2;
Daha 10 komandanın aktivində xal yoxdur.
