Rusiya iki göstəricidə yığmamızı qabaqladı
Azərbaycan sərbəst güləş yığması 3 qızıla rəğmən komanda hesabında yalnız ikinci olub. Azerisport.az xəbər verir ki, yığmamız həm medal, həm də xal hesabında Rusiyanın arxasında qalıb. Ümumiyyətlə, sərbəst güləş növündə qızıl medallara yalnız Rusiya və Azərbaycan idmançıları layiq görülüblər.
Bütün medallar:1. Rusiya – 4 qızıl, 1 gümüş, 1 bürünc; 2. Azərbaycan – 3 qızıl, 1 gümüş, 1 bürünc; 3. Bolqarıstan – 2 gümüş, 2 bürünc; 4. Gürcüstan – 2 gümüş, 1 bürünc; 5. Türkiyə - 1 gümüş, 2 bürünc; 6. Belarus – 2 bürünc, 7-11.Almaniya, Polşa, Rumıniya, Ukrayna, Moldova – hərəyə 1 bürünc.
Komanda hesabı: 1.Rusiya – 61 xal; 2. Azərbaycan – 50; 3. Bolqarıstan – 42; 4-5. Gürcüstan, Türkiyə - 34; 6. Ukrayna – 27; 7. Belarus – 23; 8. Moldova – 21; 9. Polşa – 20; 10. Almaniya – 16; 11. Rumıniya – 14; 12-13. İtaliya, Makedoniya – 10; 14-15. Finlandiya, Macarıstan – 6; 16-19. Litva, İsveçrə, Yunanıstan, Latviya – 4; 20-21. İsrail, Slovakiya – 3; 22. Fransa – 2; 23. İspaniya - 1.
Avstriya, Cənubi Kipr, Estoniya və Böyük Britaniya xal toplaya bilməyib.
