15 aprel 2010 00:09
Xanımlarımız üçün Fransa, Norveç və Britaniya
Bu gün Bakıda keçirilən Avropa çempionatında qadınların mübarizəsi başlayır. Azerisport.az xəbər verir ki, Azərbaycanı ilk gündə 3 qadın pəhləvan təmsil edəcək. Artıq onların rəqibləri də bəlli olub.
Anjela Doroqan (51 kq) ilk mərhələdə Aureli Basseni (Fransa), Sona Əhmədli (59 kq) Ginet Qudruun Xoeni (Norveç), Nadya Sementsova (67 kq) isə Eşli Kristin Makmanusu (Böyük Britaniya) sınağa çəkəcək.
Qadınların mübarizəsinə aprelin 16-da yekun vurulacaq.
