16 aprel 2010 00:01
Əhmədli və Sementsovaya qoşulmaq istəyənlərin ilk rəqibləri məlumdur
Bakıda keçirilən Avropa çempionatının 4-cü günündə Azərbaycanı təmsil edəcək qadın güləşçilərin ilk mərhələdəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, aprelin 16-da döşək üzərinə Patimat Baqomedova (48 jq), Katerina Dombrovska (55 kq), Olesya Zamula (63 kq) və Dina İvanova (72 kq) çıxacaqlar.
Baqomedova ilk mərhələdə Melani Lesafre (Fransa), Dombrovska Nadejda Mixalkova (Belarus), Zamula Mariya Ştuber (Almaniya), İvanova isə Yekaterina Bukina (Rusiya) ilə görüşəcək.
