15 aprel 2010 21:13
Azərbaycanlı kraliça: Zəhmətim hədər getmədi
Sona Əhmədlidən sonra Azərbaycana günün ikinci qızıl medalını gətirən Nadya Sementsova azerisport.az-ın müxbiri ilə söhbətində sevincini gizlətməyib.
“Bu mənim karyeramda ən parlaq qələbədir. Mən güləşdə artıq Avropanın kraliçasıya. Sevinirəm ki, mənim və məşqçilərim zəhməti hədər getmədi, lazımi nəticəni qazandıq” – deyə Sementsova bildirib.
