İki qızıla rəğmən Azərbaycan 3-cüdür
Bakıda keçirilən güləş üzrə Avropa çempionatında ilk yarış günü arxada qaldı. Azerisport.az xəbər verir ki, iki qızıl medal qazanmasına rəğmən Azərbaycan yığması komanda hesabında hələ ki, 3-cü yerdədir. 29 xal toplayan komandamız hələ ki, Bolqarıstan (31) və Rusiyadan (37) geridə qərarlaşıb.
Bütün medallar: 1. Rusiya – 2 qızıl, 1 gümüş, 1 bürünc; 2. Azərbaycan – 2 qızıl, 1 gümüş; 3. Bolqarıstan – 1 gümüş, 2 bürünc; 4. Türkiyə - 1 gümüş; 5-9. Almaniya, Gürcüstan, Polşa, Rumıniya, Belarus – hərəyə 1 bürünc.
Komanda hesabı: 1.Rusiya – 37 xal; 2. Bolqarıstan – 31; 3. Azərbaycan – 29; 4. Ukrayna – 18; 5. Türkiyə - 16; 6-7. Polşa, Rumıniya – hərəyə 14; 8-10. Gürcüstan, Almaniya, Makedoniya – hərəyə 10; 11. Belarus – 9; 12. Moldova – 7; 13. İtaliya – 6; 14-16. Macarıstan, Litva, Latviya – hərəyə 4; 17. Yunanıstan – 3; 18-19. İspaniya, Fransa – hərəyə 1.
