14 aprel 2010 00:06
Daha üç qızıl yolunda ilk üç rəqib
Heydər Əliyev adına İdman-Konsert kompleksində Avropa çempionatının ikinci gününün püşkü atılıb və ölkəmizi təmsil edəcək daha üç sərbəst güləşçinin rəqibləri məlum olub. Azerisport.az xəbər verir ki, Hacı Əliyev (60 kq) ilk görüşdə Tim Şleygeri (Almaniya), Çamsulvara Çamsulvarayev (74 kq) Gia Çixladzeni (Ukrayna), Xetaq Qazyumov (96 kq) isə İmants Laqodskisi (Latviya) sınağa çəkəcək.
Qeyd edək ki, Əliyev yarış ərəfəsində xəstələnən Zəlimxan Hüseynovun əvəzinə son anda heyətə daxil edilmişdi. Maraqlıdır ki, gənc pəhləvan bir ay əvvəl keçirilən Azərbaycan çempionatında Avropa çempionunu məğlub etmişdi.
