14 aprel 2010 00:03
Qadınlar da AÇ-yə heyəti müəyyənləşdirdilər
Azərbaycan qadın güləşi yığma komandasının heyəti məlum olub. Azerisport.az xəbər verir ki, baş məşqçi Orest Skobelski heyətə aşağıdakı xanım pəhləvanları cəlb edib: Marziget Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Katerina Dombrovskaya (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq).
Nəzərinizə çatdıraq ki, qadınların mübarizəsi aprelin 15-də və 16-da keçiriləcək. 17-18 apreldə isə kişilər arasında yunan-Roma güləşi yarışları baş tutacaq.
