14 aprel 2010 21:01

Qızılla başladı, qızılla bitdi: Qazyumov ikiqat Avropa çempionudur! (YENİLƏNDİ)

Bu gün güləş üzrə Avropa çempionatının ikinci günüdür. Azerisport.az xəbər verir ki, gün ərzində üç çəki dərəcəsində baş tutacaq mübarizə ilə sərbəst güləş yarışlarına yekun vurulacaq.
 
Döşək üzərinə üç azərbaycanlı pəhləvan çıxacaq. İlk görüşlərdə Hacı Əliyev (60 kq) Tim Şlaygeri (Almaniya), Çamsulvara Çamsulvarayev (74 kq) Gia Çixladzeni (Ukrayna), Xetaq Qazyumov (96 kq) isə İmants Laqodskisi (Latviya) sınağa çəkəcək.
 
Qeyd edək  ki, Çamsulvarayev və Qazyumov 2009-cu ilin Avropa çempionlarıdır.
 
***
 
Yarışın ikinci günündə hər üç pəhləvanımız 1/4 finala adlayıb. Hacı Əliyev Tim Şlaygeri 0:1, 3:0, 2:1, Çamsulvara Çamsulvarayev Gia Çixladzeni 5:1, 2:1, Xetaq Qazyumov isə İmants Laqodskisə 4:0, 4:0 hesabları ilə qalib gəlib.
 
***
 
Yarımfinalda Azərbaycan bir idmançısını müvəqqəti olaraq, itirdi. Hacı Əliyev moldovalı Andrey Perpelitaya məğlub oldu: 4:5, 1:0, 0:4. Rəqibin finala çıxması Əliyevə bürünc medal uğrunda yarışmaq şansı verəcək.
 
Xate Qazyumovla Çamsulvara Çamsulvarayev isə "qızıl" uğrunda yürüşlərini davam etdirirlər. Qazyumov Radoslav Barana (Polşa) heç bir şans vermədi: 7:0, 1:0. Çamsulvarayev isə yunanıstan  pəhləvanı Oleq Motsalin üzərində təmiz qələbə qzandı.
 
***
Xetaq Qazumov Azərbaycana 3-cü qızıl medalı gətirməyə yaxındır. Yarımfinalda Aleksey Debko (Belarus) təmsilçimizə müqavimət göstərə bilməyib: 3:0, 4:0
 
Çamsulvara Çamsulvarayev finalda bolqarıstanlı Kirill Terzievə məğlub olub qızıl medal şansını əldən verdi. Avropa çempionu titulunu itirdi və "bürünc" uğrunda güləşəcək.
 
Hacı Əliyev isə ümumiyyətlə, medalsız qaldı. Buna səbəb onu 1/4 finalda məğılub edən Andrey Perpelitanın finala çıxa bilməməsidir.
 
***
Yarımfinalda yenilən Çamsulvara Çamsulvarayev hər halda, turniri medalsız tərk etmədi. Pəhləvan bürüc medal uğrunda döyüşdə Georq Harta (Almaniya) 2:0 və 2:0 hesabları ilə qalib gəlib. Bu, Azərbaycanın qitə birinciliyində ilk bürünc medalıdır.
 
Sərbəst medal yarışlarını "qızıl"la açan Azərbaycan turniri "qızıl"la da bağladı. Xetaq Qazyumov finalda Gürcüstan təmsilçisi dünya çempionu Georgi Qoşelidzeyə qalib gələrək (2:0, 1:0), karyerasında ikinci dəfə Avropa çempionu oldu.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.