13 aprel 2010 00:22
Rusiya Azərbaycana psixoloji təsirini davam etdirir
Sərbəst güləş üzrə Rusiya yığmasının baş məşqçisi Dzambolat Tedeev yarış ərəfəsində maraqlı açıqlamalarla diqqət çəkib. Azerisport.az-ın müxbiri ilə söhbətində rusiyalı mütəxəssis yaxınlarda Rusiyanı Azərbaycana dəyişən Mahmud Maqomedov barədə danışıb, o cümlədən, hakimlərin idmançılarımıza kömək edəcəyinə işarə vurub.
“Mən hesab edirəm ki, əgər Mahmud Maqomedov Azərbaycan vətəndaşlığını qəbul edibsə, ona yeni vətəninin şərəfini qorumaq imkanı vermək lazımdır. O bu gün öz seçimi edib, qoy güləşsin. Şəxsən mən ona yaxşı münasibət göstərirəm və maneçilik törətmək fikrim yoxdur. Bacarırsa, Azərbaycana xeyir versin”
Məncə, o medala ümid edə bilər. Əyarını deməkdə çətinlik çəkərəm. Əvvəllər bu səviyyəli turnirlərdə çıxış etməyib. Lakin bəzi beynəlxalq yarışlarda özünü yaxşı tərəfdən göstərib. Bu, idmandır, burada çox şey idmançının hansı fiziki formada yarışa başlamasından çox şey asılıdır. Mahmud Avropa çempionu ola bilər. Evdə həm divarlar, həm də hakimlər kömək edir.
Heç nəyə işarə etmirəm, amma son illər maraqlı tendensiyanın şahidi oluruq: güclülər bir qrupa düşür, zəiflər ayrı qrupa. Və yalnız Azərbaycan qrupdan çıxır və finala qədər gəlib çatır. Necə deyərlər, kim pul ödəyirsə,o da musiqini sifariş edir. Əgər çempionatın baş sponsoru Azərbaycan şirkətidirsə, bu müəyyən fikirlərə yol açır. İstənilən halda, sizin komandanızın yüksək nəticələr göstərməsinə sevinərik. Biz güclü rəqiblərə hörmətlə yanaşırıq” – deyə Tedeev bildirib.
