13 aprel 2010 00:10
AÇ-2010. Püşk atılıdı
Bu gün Heydər Əliyev adına İdman Konsert kompleksində Avropa çempionatının ilk gününün püşkü atılıb. Azerisport.az xəbər verib ki, yarışın ilk günündə döşək üstünə 55, 66, 84 və 120 kq çəki dərəcələrində mübarizə aparan güləşçilər çıxacaqlar.
55 kq-da Azərbaycanı təmsil edəcək Mahmud Maqomedov ilk görüşdə almaniyalı Marsel Evald, Cəbrayıl Həsənov (64 kq) Ceyms Roberts (Böyük Britaniya), Şərif Şərifov (84 kq) Deyan Boqdanov (Makedoniya), Əli İsayev (120 kq) isə Aleksey Şemarovla (Belarus) qarşılaşacaq.
