13 aprel 2010 21:39
Yeni Avropa çempionu özünə nəyi sübut edib?
Azərbaycana Bakıda keçirilən AÇ-də ikinci qızıl medalı qazandıran Cəbrayıl Həsənov həyəcanı üzündən çox danışa bilməyib. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində güləşçi qələbənin çətinliklə başa gəldiyini etiraf edib: “Çox çətin idi, çünki qitə birinciliyində zəif rəqiblərin olmasından söhbət belə gedə bilməz. Ötən AÇ-də ikinci olmağımın əvəzini bu gün çıxdım. Hər şeydən əvvəl özümə sübut etdim ki, bacararam”.
