13 aprel 2010 16:32
Azərbaycan ilk gündə tarix yazdı
Sərbəst güləş üzrə Avropa çempionatının ilk günündə Azərbaycan güləşçiləri tarixi nəticəyə imza atdılar. Azerisport.az xəbər verir ki, tarixdə ilk dəfə 3 Azərbaycan pəhləvanı – Mahmud Maqomedov, Cəbrayıl Həsənov və Şərif Şərifov qitə birinciliyinin finalına çıxıb.
