13 aprel 2010 15:31
Mahmud Maqomedov: Avropa çempionu olmaq istəyirəm
Avropa çempionatının finalına vəsiqə qazanan Mahmud Maqomedov fikirlərini bölüşüb.
“Azərbaycanı təmsil etdiyim üçün qürur duyuram. Yarımfinal asan olmadı, amma hər şey yaxşı bitdiyi üçün çox sevinirəm. Düzünü desəm, finalda kimin rəqib olacağı mənə maraqlı deyil. Avropa çempionu olmaq istəyirəm” – azerisport.az-ın müxbiri ilə söhbətində Maqomedov belə deyib.
