10 aprel 2010 22:09

AÇ ərəfəsində qalmaqal! Ruslar Azərbaycana mane olmağa çalışır

Rusiya Güləş İdmanı Federasiyası (RGİF) Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasına (FILA) etiraz məktubu göndərib. Azerisport.az xəbər verir ki, RGİF və FILA vitse-prezidenti Georgi Bryusov Rusiya mətbuatına verdiyi açıqlamada məktubun Azərbaycan yığmasının aprelin 12-də Bakıda start götürən Avropa çempionatı üçün təqdim olunan iştirak ərizəsinə salınan Mahmud Maqomedovla bağlıdır. Ruslar 55 kq-da mübarizə aparacaq sərbəst güləşçinin milliləşdirilməsi zamanı qanunsuzluğa yol verildiyini iddia edir.

“FILA-nın güləşçilərin keçidi üzrə reqalementinə əsasən, güləşçi milliləşdirmədən yalnız iki il sonra hansına ölkənin şərəfini qoruya bilər. Buna görə də biz Mahmud Maqomedovu Azərbaycan yığmasının heyətində görəndə təəccübləndik. Çünki Dağıstan güləş məktəbinin yetirməsi olan Maqomedov hələ 2009-cu ilin yanvarında elit seriyalı “İvan Yarıgin – Golden Gran Prix” turnirində 55 kq-da bürünc medal qazanıb, həmin ilin martında isə Rusiya yığmasının heyətində İranda Dünya kuboku uğrunda yarışlarda iştirak edib. Yəni burada hansısa ikiillik fasilədən söhbət gedə bilməz. Biz FILA prezidenti Rafael Martinettinin diqqətini bu məsələyə yönəltmişik. Məktuba yuxarıda adıçəkilən turnirlərin protokollarını və FILA-nın 2009-cu ildə Maqomedova təqdim etdiyi, onun Rusiya güləşçisi olduğunu təsdiq edən lisenziyanı da əlavə etmişik.

RGİF öz mövqeyində qəti dayanacaq və Rusiya idmançılarına aid olan keçidlərdə reqlamentə tam əməl edilməsinə nail olmağa çalışacaq” – deyə Bryusov bildirib.

Azərbaycan tərəfi isə hələ ki, bu bəyanatda bir reaksiya verməyib. Amma Maqomedovun rahatca turnirə hazırlaşması onu göstərir ki, FILA Rusiyadan gələn məktuba önəm verməyib və idmançının Azərbaycanın şərəfini qorumasına etiraz etmir. Hər halda, bu gün üçün Maqomedovun aprelin 13-də AÇ-də ilk görüşünü Azərbaycan yığmasının formasında keçirməsinə heç nə mane olmur.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.