9 aprel 2010 00:28
Dörd Avropa çempionumuz titulunu qorumaq üçün döşəyə çıxır
Yunan-Roma güləşi üzrə yığmanın heyətinin açıqlamasından sonra Azərbaycanı Bakıda keçiriləcək Avropa çempionatında təmsil edəcək sərbəst güləşçilərin də adları məlum olub. Azerisport.az xəbər verir ki, siyahıya dörd Avropa çempionu – Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Xetaq Qazyumov (96 kq) və Əli Hüseynovun (120 kq) adları salınıb. Bundan başqa, 66 kq-da Mahmud Maqomedov, 66 kq-da Cəbrayıl Həsənov, 84 kq-da isə Şərif Şərifov güləşəcəklər.
