9 aprel 2010 13:15
"Qarşımıza böyük məqsədlər qoyulub"
Güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində fikirlərini bildirib.
“Komanda turnirə hazırdır. Bilirik ki, qarşımıza böyük məqsədlər qoyulub. İnanıram ki, uşaqlar bu vəzifələrin öhdəsindən gələ biləcəklər. Bacardığımız qədər çox medal qazanmağa çalışacağıq. Ya da gəlin bu barədə çempionat bitəndən sonra danışaq, ona daha rahat olacaq” – azerisport.az xəbər verir ki, Absaidov belə deyib.
