17 mart 2010 17:02
Avropa qızılı arzusu
Dünya və Olimpiya çempionu Fərid Mansurov Bakıda keçiriləcək Avropa çempionatında qalib olmaq istəyir.
“Karyeramda hələ ki, Avropa çempionatının qızıl medalı yoxdu. Bu boşluğu doğma divarlar arasında doldurmaq istəyirəm. Vaxtilə Bakıda dünya çempionu olduğum kimi. Yarışa ciddi hazırlaşıram. Amma rəqiblərin də güclü olduğunu deməliyəm” – azerisport.az-ın müxbiri ilə söhbətində Mansurov belə deyib.
